“Qarabağ”a şad xəbər: – UEFA almanları Bakıya buraxmadı

18-12-2025, 08:18           
“Qarabağ”a şad xəbər: – UEFA almanları Bakıya buraxmadı
Almaniyanın “Ayntraxt” klubu 9 dekabr 2025-ci ildə “Barselona” ilə oyun zamanı baş verən qarışıqlığa görə cərimə ödəməli və Çempionlar Liqasının növbəti səfər oyununu azarkeşsiz keçirməlidir.

TEREF xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Təşkilatın açıqlamasında deyilir: “Ayntraxt” azarkeşlərinin qonaq tualetlərində vurduğu ziyana görə kompensasiya məsələsini həll etmək üçün bu qərarın bildirilməsindən sonra 30 gün ərzində “Barselona” ilə əlaqə saxlamalıdır” .

Rəsmi qərara əsasən, alman klubu azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə və meydana yad əşyalar atmasına görə 30.000 avro ödəməlidir. Stadiona maddi ziyan vurduğuna görə əlavə 8.000 avro cərimə tətbiq edilib.

Qeyd edək ki, “Ayntraxt” ÇL-də növbəti oyunu Bakıda “Qarabağ”la keçirəcək.//publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]