“Qızıl buts”a əsas namizədlər açıqlandı

23-12-2025, 07:34           
“Qızıl buts”a əsas namizədlər açıqlandı
2025/2026-cı illər mövsümündə “Qızıl buts” mükafatına namizədlər siyahısına “Bavariya”nın hücumçusu Harri Keyn və “Mançester Siti”nin hücumçusu Erlinq Holan başçılıq edir.
Yeniavaz.com xəbər verir ki, oyunçular milli çempionatlarında hərəyə 19 qol vuraraq, 38 xal toplayıblar.
“Real Madrid”in hücumçusu Kilian Mbappe isə 18 qolla onlardan iki xal (36 xal) geridədir.
Qeyd edək ki, “Qızıl buts” mükafatına namizədlər üçün xalların hesablanması bu sistemlə aparılır: oyunçunun liqada vurduğu ümumi qol sayı müvafiq liqa əmsalına vurulur. Reytinq cədvəlində ilk beş yeri tutan milli liqalarda vurulan qol iki xala, 6-cı yerdən 21-ci yerə qədər yeri tutan milli liqalarda vurulan qollar 1,5 xala, qalan yerləri tutan milli liqalarda vurulan qollar isə bir xala qiymətləndirilir.
Qeyd edək ki, 2024/25 mövsümündə “Qızıl buts” mükafatını “Real Madrid”in hücumçusu Kilian Mbappe qazanıb. 26 yaşlı futbolçu La Liqada debüt mövsümündə 31 qol vurub və 62 xal toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]