“Neftçi”nin keçmiş baş məşqçisi qumar oynadığını etiraf etdi

25-12-2025, 09:44           
“Neftçi”nin keçmiş baş məşqçisi qumar oynadığını etiraf etdi
“Neftçi”nin və “Zenit”in keçmiş baş məşqçisi Vlastimil Petrjela Sankt-Peterburq klubunun keçmiş oyunçusu Vladislav Radimovun sözlərinə münasibət bildirib.

TEREF Publika.az-a istinadən xəbər verir ki, Radimov əvvəllər bildirmişdi ki, Petrjela Rusiyada işlədiyi müddətdə kazino qumarbazı olub.
“Mən bir dəfə Monakoda kazinoya getmişəm və bir neçə dəfə Sankt-Peterburqda oynamışam. Amma qumar aludəçisi deyiləm. Sonuncu dəfə kazinoda təxminən iyirmi il əvvəl oynamışam və bu, Sankt-Peterburqda olub. Boş vaxtım var idi, bəs niyə getməyək?”

“Zenit” oyunçularından Arşavin və Radimov nadir hallarda kazinoda oynayırdılar. Bütün rusiyalı oyunçular poker oynamağı sevirdilər, amma tərcüməçi İvan Jidkov mənimlə ən çox oynayan idi. Amma bir daha deyirəm: mən qumar aludəçisi deyiləm, iyirmi ildir ki, oynamıram və bu, məşqçiliyimə mane olmayıb”, – Petrjela bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]