"Real Madrid" "Betis"i darmadağın etdi

5-01-2026, 10:38           
"Real Madrid" "Betis"i darmadağın etdi
İspaniya Primerasının 18-ci turunda "Real Madrid" "Betis"i qəbul edib.

Moderator.az xəbər verir ki, matçda 6 qol vurulub.

Bu toplardan beşinə meydan sahibləri imza atıblar. Qonaqların gücü isə yalnız təsəlli qoluna çatıb - 5:1.

"Real Madrid"dən Qonsalo Qarsiya (20, 50, 90+3), Raul Asensio (50) və Fransisko Qarsiya (82) fərqləniblər. "Betis"in yeganə qolunu Kuço Hernandez (66) vurub.

Hazırda Kral klubu 45 xalla ikinci yerdədir. "Betis" isə turnir cədvəlində 18 oyundan 28 xalla altıncıdır. İspaniya La Liqasına 49 xalla "Barselona" başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]