Şəhriyarla Teymurun indiyədək şahmatdan qazandığı mükafat açıqlandı

8-01-2026, 15:08           
Şəhriyarla Teymurun indiyədək şahmatdan qazandığı mükafat açıqlandı
Məşhur "Chess.com" portalı şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısını tərtib edib.

Şahmat üzrə sabiq dünya çempionu Maqnus Karlsen 2025-ci ildə ən çox mükafat qazanan şahmatçı olub. Norveçli qrossmeyster ilin müxtəlif beynəlxalq turnirlərində çıxış edərək yalnız mükafatlar hesabına 1,45 milyon dollar gəlir əldə edib. Bu nəticə ilə Karlsen son illərdəki dominantlığını bir daha sübut edib.

Valyuta.az xəbər verir ki, Karlsenin qazancı “Esports World Cup”da 250 min dollar, “Freestyle Paris” turnirində 200 min dollar və “Clutch Chess Showdown” yarışında 170 min dollar olmaqla, yüksək məbləğli bir neçə turnirdə əldə olunan mükafatların cəmi ilə formalaşıb. Norveçli şahmatçı yalnız 2025-ci ildə deyil, bütün dövrlər üzrə ən çox mükafat qazanan şahmatçı kimi də liderliyini möhkəmləndirib. O, karyerası boyunca ümumilikdə 12,232,249 dollar mükafat qazanaraq ikinci pillədəki hindistanlı əfsanə Vişvanatan Anandı xeyli geridə qoyub.

2025-ci ilin mükafat qazancı reytinqində azərbaycanlı şahmatçılar ilk 26-lığa daxil olmasalar da, ümumi karyera qazancı baxımından dünya şahmatının aparıcı simaları sırasında qalırlar.

Qrossmeyster Şəhriyar Məmmədyarov ötən il turnirlərdən ümumilikdə 38,639 dollar qazanc əldə edib. O, bu nəticə ilə 2025-ci ilin illik qazanc reytinqinə daxil olmasa da, bütün dövrlər üzrə ümumi mükafat qazancı sıralamasında 21-ci yerdə qərarlaşıb. Məmmədyarovun karyerası boyunca topladığı ümumi mükafat məbləği 1,781,988 dollardır.

Qrossmeyster Teymur Rəcəbov isə 2025-ci ildə 6,275 dollar mükafat qazanıb. Onun da adı illik ilk 26-lıqda yer almasa da, bütün dövrlər üzrə sıralamada 28-ci yerdə qərarlaşıb. Rəcəbovun ümumi karyera qazancı 1,117,290 dollar təşkil edir.
Hər iki şahmatçı uzun illər ərzində beynəlxalq turnirlərdə göstərdikləri sabit və yüksək səviyyəli nəticələrlə milyon dollardan çox mükafat qazanan şahmatçılar – yəni “milyonçular klubu”nun üzvləri olaraq qalırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]