Türkiyə Superkubokunun qalibi müəyyənləşib - VİDEO

11-01-2026, 09:28           
Türkiyə Superkubokunun qalibi müəyyənləşib - VİDEO
Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

"Report"xəbər verir ki, İstanbulda Atatürk Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında əzəli rəqiblər - "Qalatasaray"la "Fənərbağça" qarşılaşıb.

"Fənərbağça" Halil Umut Melerin idarə etdiyi derbidən 2:0 hesablı qələbə ilə ayrılıb. Qolları Matteo Genduzi (28-ci dəqiqə) və Ceyden Ostervolde (48-ci dəqiqə) vurub.

Qeyd edək ki, yarımfinalda "Qalatasaray" "Trabzonspor"u, "Fənərbağça" isə "Samsunspor"u mübarizədən kənarlaşdırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru