Türkiyə Kuboku uğrunda "Fethiyespor" "Qalatasaray" matçı zamanı faciə yaşanıb. Ajans.az xəbər verir ki, bununla bağlı TRT Spor-a açıqlamasında "Cim-bom"un kapitanı Abdülkerim Bardakcı məlumat verib.
A.Bardakcı bildirib ki, əsas məsələ qazanmaq idi, qazandıq:
""Fethiyespor"u 2:0 məğlub etdik. Təəssüf ki, matçdan əvvəl tamaşaçılarımızdan biri yıxılaraq ağır xəsarətlər alıb. Ona Allahdan şəfa diləyirik".