Türkiyə millisinin sabiq futbolçusu həbs olundu

17-01-2026, 07:24           
Türkiyə millisinin sabiq futbolçusu həbs olundu
Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan barəsində davam edən istintaq çərçivəsində həbs qətimkan tədbiri seçilib.

"Haber Global" xəbər verir ki, onun həbsi tələbi ilə İstanbul prokurorluğu çıxış edib.

Belə ki, prokurorluqda ifadəsi alınan Ümit Karana qarşı lisenziyasız narkotik və ya stimullaşdırıcı maddələrin satışı, daşınması, alınması, qəbul edilməsi və saxlanması ittihamı irəli sürülüb.

Xatırladaq ki, sabiq futbolçu İstanbul polisi tərəfindən 18 şübhəli ilə birlikdə saxlanılıb. Şübhəlilərdən narkotik testi üçün qan və saç nümunələri götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru