Türkiyəli tennisçidən tarixi nailiyyət

19-01-2026, 09:58           
Türkiyəli tennisçidən tarixi nailiyyət
Dünya reytinqində 112-ci yerdə olan türkiyəli tennisçi Zeynep Sönmez dünyanın 11-ci raketka ustası rusiyalı Yekaterina Aleksandrova üzərində qələbə ilə tarixi nailiyyətə imza atıb.
Championat.com xəbər verir ki, Zeynep Avstraliya Açıq Çempionatının əsas mərhələsində qalib gələn ilk türkiyəli qadın olub. Matç 7-5, 4-6, 6-4 hesabı ilə başa çatıb.

Avstraliya Açıq Çempionatının ikinci raundunda Sönmez Ana Bondari (Rumıniya) və Elizabet Mandlik (ABŞ) arasında matçın qalibi ilə oynayacaq.

Qeyd edək ki, mövsümün ilk Böyük Dəbilqə turniri 18 yanvar - 1 fevral tarixlərində Melburnun sərt kortlarında keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru