FİFA Trampa verilən mükafatla bağlı mövqeyini dəyişib?

20-01-2026, 09:24           
FİFA Trampa verilən mükafatla bağlı mövqeyini dəyişib?
FİFA Donald Trampa Sülh Mükafatının verilməsiilə bağlı mövqeyini dəyişməyib.

TEREF xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilir.

“FİFA sülh və birlik naminə müstəsna fəaliyyətləri tanımaq üçün illik sülh mükafatı təsis etmək qərarını qətiyyətlə müdafiə edir. FİFA qeyd edir ki, 2025-ci il Nobel Sülh Mükafatı laureatı (Venesuela müxalifətinin lideri Maria Korina Maçado) medalını Prezident Trampa təqdim edib.

FİFA prezident Trampla, eləcə də ev sahibi digər ölkələrin, Kanada və Meksikanın liderləri ilə sıx əlaqələr saxlayır. Bu, məsələn, ABŞ-da Dünya Kubokuna hazırlıqla bağlı Ağ Evin işçi qrupunun yaradılması ilə nəticələnən səmərəli iş əlaqələrinin inkişafına gətirib çıxardı”, – bəyanatda deyilir.

ABŞ prezidenti mükafatı 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı alıb.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru