Azərbaycan futbolunda bu da oldu

9-02-2026, 12:24           
Azərbaycan futbolunda bu da oldu
Misli Premyer Liqasında baş tutan “Sumqayıt” – “Zirə” (2:3) matçında qəribə hadisə qeydə alınıb.

Referans Media xəbər verir ki, “Zirə”nin heyətində iki futbolçunun geyimi azarkeşlərin diqqətindən qaçmayıb.

Belə ki, komandanın müdafiəçiləri Anqe Mutsinzi və Enrike Gelain meydanda bir-birilərinin nömrələrini daşıyan şortlarla mübarizə aparıblar. Oyun zamanı Gelain Mutsinziyə məxsus 25 nömrəli, Mutsinzi isə Gelainə aid olan 5 nömrəli şortu geyinib. Futbolçuların formalarındakı nömrələrlə şortlarındakı nömrələrin uyğun gəlməməsi isə texniki xəta kimi qiymətləndirilir.

Qeyd edək ki, futbolçuların geyim dəsti və üzərindəki nömrələr protokolda qeyd edilən rəqəmlərlə üst-üstə düşməlidir. Bu cür texniki qüsurlara görə klubların AFFA İntizam Komitəsi tərəfindən maliyyə sanksiyasına məruz qalması ehtimalı yüksəkdir.

Xatırladaq ki, “Zirə” hazırkı duruma görə, turnir cədvəlində 32 xalla 3-cü yerdə qərarlaşıb. “Sumqayıt” isə 30 xalla beşinci yerdədir. (“Qafqazinfo”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru