Qış Olimpiya Oyunları: Azərbaycanın fiqurlu konkisürəni qısa proqram üzrə çıxış edib
11-02-2026, 07:34
İtaliyanın Milan və Kortina-d Ampezzo şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev çıxış edib.
Oxu.Az xəbər verir ki, təmsilçimiz qısa proqramda mübarizə aparıb.
Litvintsev 63,63 xalla 13-cü yeri tutub.
Qeyd edək ki, yarışda ümumilikdə 29 idmançı iştirak edir.
Bu, V.Litvintsevin ikinci Qış Olimpiya Oyunlarıdır. O, 2022-ci ildə keçirilən yarışda 18-ci yerlə kifayətlənmişdi.