"Real Madrid"dən üzücü xəbər: Bellinqem mart ayına qədər meydana çıxa bilməyəcək

11-02-2026, 09:34           
"Real Madrid"dən üzücü xəbər: Bellinqem mart ayına qədər meydana çıxa bilməyəcək
"Real Madrid"in tibb heyəti Cud Bellinqemin sol ayağından aldığı zədədən sonra sağalma prosesində bəzi problemlər yaşadığını açıqlayıb.

"Haber Global" xəbər verir ki, bu, ulduz müdafiəçinin meydana çıxmasını gecikdirir.

Son müayinələr göstərib ki, o, hələ də sol ayağındakı burxulmadan aldığı zədədən tam sağalmayıb. Tibbi heyət planlaşdırılan dörd həftəlik sağalma müddətinin martın ortalarına qədər uzadıla biləcəyini açıqladı.

Futbolçunun "Benfika" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin hər iki oyununda iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, C.Bellinqem fevralın 1-də İspaniya "La liqa"sında keçirilən "Real-Madrid" - "Rayo-Valyekano" oyununda zədələnib. Klub rəhbərliyi onun martın 22-də "Atletiko Madrid" ilə derbiyə tam hazır olmasını prioritet hesab edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru