"Çelsi" evdə büdrədi, "Qarabağ"ın növbəti rəqibi "Nyukasl" isə səfərdə "Tottenhem"dən üstün oldu

11-02-2026, 08:45           
"Çelsi" evdə büdrədi, "Qarabağ"ın növbəti rəqibi "Nyukasl" isə səfərdə "Tottenhem"dən üstün oldu
İngiltərə Premyer Liqasının 26-cı turunun oyunlarına start verilib.

Oxu.Az xəbər verir ki, tur "Çelsi" - "Lids" və "Tottenhem" - "Nyukasl" matçları ilə start götürüb.

"Stemford Bric" stadionunda "Lids"i qəbul edən "Çelsi" hesabda iki top fərqi ilə irəlidə olsa da, üstünlüyünü qoruya bilməyib. Matç qollu bərabərliklə yekunlaşıb - 2:2.


Digər London təmsilçisi "Tottenhem" isə öz meydanında "Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibi "Nyukasl" ilə bacarmayıb. Matç qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, fevralın 18-də Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" "Nyukasl"a qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru