Futbol tarixində inqilabi qərar: Yaponiya liqasında heç-heçələr ləğv edildi

12-02-2026, 10:51           
Futbol tarixində inqilabi qərar: Yaponiya liqasında heç-heçələr ləğv edildi
Yaponiya futbol liqasında oyunların heç-heçə başa çatması qaydası ləğv edilib.

"Yeni Şafak" xəbər verir ki, yeni eksperimental qayda Yaponiya çempionatının 2026-cı il mövsümündə tətbiq olunur.

Qeyd olunur ki, Yaponiyada yenicə start götürmüş mövsüm qısaldılmış formatda keçiriləcək və may ayınadək davam edəcək. Növbəti mövsümdə isə Yaponiya Futbol Federasiyası Avropada tətbiq olunan "payız-yaz" sisteminə keçid edəcək.

Yeni qaydalara əsasən, çempionat oyunu heç-heçə başa çatdıqdan sonra komandalar dərhal penaltilər seriyasına keçəcəklər.

Oyunun əsas vaxtında qələbə qazanan komanda əvvəlki kimi üç xal qazanacaq. Penaltilər seriyasında qalib gələn komanda iki xal, məğlub olan komanda isə bir xal əldə edəcək.

Artıq çempionatın birinci turu keçirilib və bu tur çərçivəsində dörd matçda qalib penaltilər seriyasından sonra müəyyənləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru