Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü

15-02-2026, 12:34           
Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə öldü
III MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanov ölüb.

TEREF "Unikal"a istinadla xəbər verir ki, gənc boksçu məşqçi atasının yetirmələrinin yarışını izləmək üçün paytaxta gəlib və burada həyatını itirib.

2010-cu il təvəllüdlü Əli Fazil oğlu Ruşanov dəfələrlə ölkə və beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalıb.

O, təcrübəli məşqçi olan atası Fazil Ruşanovun yetirmələrinin çıxışlarını izləmək niyyətində olub. İlkin məlumata görə, gənc boksçu yıxılaraq xəsarət alıb, onun həyatını xilas etmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru