HEYDƏR BABAYEV İDMANÇILARDAN PUL TƏLƏB ETDİ – FEDERASİYA RƏSMİSİNDƏN SƏRT AÇIQLAMA

30-09-2017, 10:12           
HEYDƏR BABAYEV İDMANÇILARDAN PUL TƏLƏB ETDİ – FEDERASİYA RƏSMİSİNDƏN SƏRT AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Həndbol Federasiyasının keçmiş rəhbəri, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev bütün əmlakını satışa çıxarıb. Sabiq nazirin Azərbaycanı tərk etmək istədiyi də bildirilir.
Belə olan təqdirdə, AHF hazırkı rəhbərliyi idmançılar üçün yeni məkan axtarışına çıxmağı tezləşdirməlidir. Çünki həndbol millisinin məşqləri və yarışlarının keçrildiyi zal Heydər Babayevin sahibi olduğu ABU Arenadadır.
Görəsən, qurumun yeni rəhbərliyi bu barədə hansı addım atacaq?
Məsələ ilə bağlı Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri İsgəndər Əsgərov Unikal.org-a açıqlama verib:
“Federasiyamızın üzvlərinin bir qismi SDN plazada yerləşən yeni ofisə köçrülüb. Amma ABU Arenada da yerləşir. Milli komandamızın məşqləri, yarışlar burada təşkil olunur. Gələcəkdə həndbolçularımız üçün yeni zal tikməyi planlaşdırırıq. Bu, fikrimizdə var. Ola bilər ABU Arena satılsın, ya da başqa adam gələ də bilir. Bu barədə hələ dəqiq heç nə deyilmir. Bunlar söz-söhbətlərdir. Arena keçmiş federasiya rəhbəri Heydər Babayevə məxsusdur, bizə aid deyil. Biz buranın əsas sahibinə hər ay icarə haqqı ödəyirik.
Bu da yeni rəhbərlik gələndən sonra oldu. Onlar zalı bizə vermirdilər icarə haqqı istədilər. Öz əziyyətimizlə tikdiyimiz zala məcbur olduq pul verdik. Yaxşı ki, Saleh müəllim var, onlara pul ödəyir.
Həndbolçular üçün 1-2 ilə yeni zal tikiləcək. Ola da bilər hazırki zalı bizdə saxlasınlar. Əgər satılarsa, Əl Oyunları Sarayı, Sərhədçi İdman Olimpiya Mərkəzi və Şağan İdman Olimpiya Kompleksində məşqlərimizi davam etdirə, yarışlarımızı keçirə bilərik. Amma Saleh müəllim istəyir ki, öz zalımızı tikdirək. Özümüzünkü olsun ki, heç kim ora girməsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru