Fransada hakimin sarı vərəqəsini təsadüfən yerə salan futbolçu meydandan qovulub - VİDEO

2-10-2017, 08:27           
Fransada hakimin sarı vərəqəsini təsadüfən yerə salan futbolçu meydandan qovulub - VİDEO
Fransa çempionatı oyununda futbol tarixinin ən qəribə hadisələrindən biri baş verib.
"Report" xəbər verir ki, insident "Anjer" - "Lion" matçı zamanı qeydə alınıb.
Oyunun 50-ci dəqiqəsində 3:1 hesabı ilə irəlidə olan "Lion"un futbolçusu Marselo cərimə meydançası yaxınlığında rəqibə qarşı kobudluğa görə sarı vərəqə görüb. O, hakimin qərarı ilə razılaşmayıb və əl yelləyərək cərimə meydançasına doğru gedib. Bu zaman futbolçunun əli təsadüfən hakimin tutduğu sarı vərəqəyə dəyərək onu yerə salıb.
Marselo hadisənin tam təsadüf nəticəsində baş verdiyini izah etməyə çalışsa da, hakim buna məhəl qoymayıb və ona qırmızı vərəqə göstərərək meydandan qovub.
Matç 3:3 hesabı ilə yekunlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru