Afrika hərbi kontingenti "Boko Haram"ın 50 döyüşçüsünü məhv edib

11-03-2019, 07:45           
Afrika hərbi kontingenti "Boko Haram"ın 50 döyüşçüsünü məhv edib
Afrikada terror təhlükələrinin neytrallaşdırılması üçün yaradılmış müxtəlif ölkələrin çoxmillətli hərbi kontingenti Çad gölü regionunda "Boko Haram" qruplaşmasının azı 50 terrorçusunu məhv edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusundakı mənbələrə istinadən "Maghreb Arabe Presse" informasiya agentliyi bildirib.

Bildirilir ki, Kamerun, Niger və Nigeriya qoşunlarının birgə əməliyyatı zamanı onlarla terrorçu öldürülüb. "Hava və quru qüvvələrindən ibarət ordu bölmələri Çad gölü hövzəsində döyüşlər nəticəsində 50 terrorçunu məhv ediblər", - deyə kontingentin rəsmi nümayəndəsi Timoti Antiqa bildirib.

Əməliyyatın gedişatında "Boko Haram" döyüşçülərinə aid texnikanın bir hissəsi ələ keçirilib, bir hissəsi isə məhv edilib.

Daha əvvəl Nigeriyada "Boko Haram" terrorçuları hərbçilərə hücum edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru