Venesuelanın keçmiş kəşfiyyat şefi Madriddə saxlanıldı

13-04-2019, 08:21           
Venesuelanın keçmiş kəşfiyyat şefi Madriddə  saxlanıldı
Venesuela hərbi kəşfiyyatının keçmiş rəhbəri, Milli Məclisin deputatı Uqo Karvaxal ABŞ-ın sorğusu üzrə Madriddə saxlanılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Venesuela jurnalisti Nelson Bokaranda bildirib.

Qeyd edək ki, Karvaxal Venesuelanın keçmiş lideri Uqo Çavesin məsləhətçisi idi və ölkənin hərbi kəşfiyyatına iki dəfə – 2004-2011 və 2013-2014-cü illərdə başçılıq edib. O, Amerika Maliyyə Nazirliyinin “qara siyahı”sına salınıb. Keçmiş kəşfiyyat şefi Kolumbiyanın radikal FARC qruplaşması ilə əlaqələrdə və narkoticarətdə ittiham edilir. ABŞ-ın məlumatına görə, o, qruplaşmaya silah çatdırırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru