Bakıda hakimin maşını yandırıldı - Olay

5-11-2015, 18:18           
Bakıda hakimin maşını yandırıldı - Olay
Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun maşını yanıb. Olay Nəsimi rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, hakimin yaşadığı Nizami küçəsi 118 ünvanında “Hundai Santa Fe” markalı, ağ rəngli maşını qəfildən alışıb. Maşının arxa təkəri tərəfdən başlayan yanğını ətrafdakı şəxslər tərəfindən söndürülüb. Yanmış maşın evakuator vasitəsi ilə ərazidən naməlum istiqamətə aparılıb.

Belə ehtimal var ki, hakimə məxsus olan maşın qəsdən yandırılıb. Məsələ ilə bağlı prokurorluq orqanlarına verdiyimiz sorğuya cavab olaraq bildiriblər ki, nəqliyyat vasitəsinin qəsdən yandırılması ilə bağlı şikayət daxil olmayıb: “Maşın yandırılıbsa belə, şikayət yoxdursa, araşdrıma da aparılmır”.

Bununla belə məsələ ilə bağlı araşdırma aparılacağını da bildiriblər. Bakı Apellyasiya Məhkəməsi ilə əlaqə saxlayıb olayla bağlı hakim İkram Şirinovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin hakimin mövqeyini öyrənə bilmədik.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru