Allahşükür Paşazadənin təmtəraqlı evindən - FOTOLAR

10-11-2015, 13:12           
Allahşükür Paşazadənin təmtəraqlı evindən - FOTOLAR
ANS-in aparıcısı Rövşanə Bektaşi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin evində qonaq olub.

Axşm.az-ın məlumatına görə, “Yoldaş Rövşanə” verilişinin çəkilişlərini edən aparıcı fotolarını sosial şəbəkədə paylaşaraq, təəssüratlarını bölüşüb:

“Şeyxülislam Allahşükür Paşazadənin evində ailəsi, nəvələri ilə söhbət o qədər şirin oldu ki, saatın necə keçdiyinin fərqinə varmadım. Xanımı mənimlə təkbətək söhbətdə çox maraqlı məqamlara toxundu. İlk dəfə şeyx haqqında bəzi sirrləri danışdı. Ailə olduqca səmimi idi”.

Qeyd edək ki, proqramın sözügedən buraxılışı həftənin bazar günü saat 13:10-da yayımlanır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru