DİN diplomatik korpuslarla bağlı yeni qərar verdi - Sürdükləri maşınların seriyaları...

11-11-2015, 20:15           
DİN diplomatik korpuslarla bağlı yeni qərar verdi - Sürdükləri maşınların seriyaları...
Azərbaycandakı diplomatik nümayəndəlik və konsulluqların nəqliyyat vasitələrinə verilən dövlət qeydiyyat nişanları ilə bağlı yeni qaydalar müəyyənləşib.

Trend xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun verdiyi qərara görə, qaydalara əsasən xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və “D” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək.

Həmçinin diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə “T” seriyası üzrə dövlət qeydiyyat nişanı və fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru