Nazir evakuator özbaşınalığını araşdırmaq əmri verdi - rəsmi

16-11-2015, 15:00           
Nazir evakuator özbaşınalığını araşdırmaq əmri verdi - rəsmi
“Bakı şəhər sakini Çingiz Əliyevin mətbuat vasitəsilə daxili işlər naziri cənab Ramil Usubova ünvanladığı müraciət barədə nazirliyin rəhbərliyi məlumatlıdır”.

Bunu virtualaz.org saytına açıqlamasında DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

E.Zahidovun sözlərinə görə, vətəndaş Ç.Əliyevin həmin müraciətdə qeyd etdiyi iddiaların dərhal araşdırılması üçün nazir tərəfindən müvafiq idarəyə artıq göstəriş də verilib: “Əmin olun ki, araşdırmanın nəticəsindən asılı olaraq məsələ barədə obyektiv və qanuni qərar veriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru