Azərbaycan hərbi gücünə görə dünyada 64-cü yerdədir

16-11-2015, 23:49           
Azərbaycan hərbi gücünə görə dünyada 64-cü yerdədir
“Global Firepower” hərbi gücünə görə dünya ölkələrinin növbəti reytinq siyahısını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib.
Azərbaycan 126 dövlət arasında 64-cü yerdədir. Ölkəmizin hərbi büdcəsi 3 milyard dollardan artıqdır. Türkiyə bu siyahıda 10-cu, Ermənistan 74-cü, Gürcüstan 75-ci yerdədir.
İlk üç yeri isə ABŞ, Rusiya və Çin tutur.
Qeyd edək ki, reytinqin müəyyənləşdirilməsində 50-dən çox amil, o cümlədən hərbi texnikanın sayı, insan resursları, müdafiə xərcləri, infrastruktur miqyası nəzərə alınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru