Bakıda ‘Caspian Hospital’da film kimi olay – Polis əməliyyat keçirdi

17-11-2015, 11:34           
Bakıda ‘Caspian Hospital’da film kimi olay – Polis əməliyyat keçirdi
Bakıda özəl xəstəxanalardan biri olan “Caspian International Hospital”da oğurluqda şüphəli bilinən qadın yaxalanıb.
Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, klinikanın binasına daxil olan qadın bir neçə gündür ki, vətəndaşların çantalarından oğurluq edirmiş. Pullarının oğurlandığını görən vətəndaşlar oğurluq hadisəsinin baş verməsi ilə bağlı xəstəxana rəhbərliyinə müraciət ediblər.
Müraciət əsasında müşahidə kameraları izlənilib və oğurluğu törədənin kimliyi müəyyənləşdirilib. Daha sonra isə polisə məlumat verilib.
Cinayətkarın növbəti dəfə xəstəxanaya gəlməsindən sonra o yenidən öz əməlinə davam edib. Hadisə yerinə gələn polis kameralar tərəfindən öncədən izlənilən qadını elə cinayət başındaca yaxalayıb və bölməyə aparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru