Eldar Mahmudovun həyat yoldaşı işı çıxmır... - səhhəti ilə əlaqədar

17-11-2015, 11:50           
Eldar Mahmudovun həyat yoldaşı işı çıxmır... - səhhəti ilə əlaqədar
Azərbaycan Həmkarlar İttifaqları Konfedresiyasının (AHİK) katibi Tahirə Mahmudova səhhəti ilə əlaqədar işə çıxmır. teref.az saytı xəbər verir ki, bu barədə “Report”a AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirib.

“O, hazırda məzuniyyətdədir”, - AHİK sözçüsü əlavə edib.

Qeyd edək ki, Tahirə Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həyat yoldaşıdır.

T.Mahmudova 1960-cı ildə anadan olub. 1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Ali təhsilini başa vurduqdan sonra “Dənizneftqazlayihə” Elmi Tədqiqat və Layihə İnstitutunda baş mühəndis, 1987-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş mühəndis, 1994-2000-ci illərdə “Spektr” kiçik müəssisəsində aparıcı konstruktor, 2001-2003-cü illərdə “Səda” firmasında beynəlxalq iqtisadiyyat məsələləri üzrə məsləhətçi, 2003-2007-ci illərdə isə AGBank-da məsləhətçi vəzifələrində çalışıb.

2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışır. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru