Daha bir “BakuBus” qəzası — Xəsarət alanlar var

17-11-2015, 12:58           

Noyabrın 16-da Bakıda avtobus qəzası baş verib.

Məlumata görə, Salyan şossesində, 20-ci sahə dairəsi yaxınlığında «BakuBus» MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobus divara çırpılıb. Qəza nəticəsində 1979-cu il təvəllüdlü Tofiq Əliyev də daxid olmaqla 7 nəfər yüngül xəsarət alıb.

Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb və onlara ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. (lent.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru