“Təyyarə qəzası birbaşa Rusiyaya hücumdur, cavabı olacaq” - Lavrov

18-11-2015, 15:39           
“Təyyarə qəzası birbaşa Rusiyaya hücumdur, cavabı olacaq” - Lavrov
“Misir səmasında “A321” təyyarəsinə qarşı terror aktı və onun nəticəsi olaraq rusiyalıların qətlə yetirilməsi Rusiyaya hücum deməkdir. Moskva özünü müdafiə etmək üçün bütün tədbir və vasitələri işə salacaq”.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında çıxış edib.

S.Lavrov bildirib ki, Rusiyanın bu terror aktında əli olan şəxsləri axtarmasına və cəzalandırması istiqamətində hansı addımları atacağına gəlincə isə Moskva BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanacaq.

“Bu maddə hücuma məruz qalan istənilən dövlətin və ya fərdin özünü fərdi qaydada və ya kollektiv şəkildə müdafiə etmək hüququnu nəzərdə tutur. Sinay yarımadası üzərindəki terror aktı məhz Rusiyaya, bu ölkənin vətəndaşlarına hücum edib. Bu da dövlətə hücum etməyə bərabərdir. Rusiya özünü bütün mümkün vasitələrlə,- siyasi, hərbi, kəşfiyyat, xüsusi xidmət orqanları və s.- müdafiə etmək hüququna malikdir” - deyə S.Lavrov Livanın xarici işlər naziri Cəbran Bəsillə görüşünün nəticələrinə dair keçirdiyi mətbuat konfransında bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru