27 yaşlı oğlan özünü güllələdi - Oğuzda

22-11-2015, 12:14           
27 yaşlı oğlan özünü güllələdi - Oğuzda
Odlu silahla ehtiyatsız davranan Oğuz rayon sakini yaralanıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, noyabrın 21-dən 22-ə keçən gecə Oğuz rayonu Sincam kənd sakini, 1988-ci il təvəllüdlü Elmir Mehman oğlu Abdulqədirov qırma xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, 27 yaşlı Elmir Abdulqədirov odlu silahdan açılan atəş nəticəsində qarının ön divarının, sağ bud və said nahiyəsindən çoxsaylı qırma yaraları alıb. Xəstəxanada Elmir Abdulqədirova ilkin tibbi yardım göstərilib. Qohumları Elmir Abdulqədirovu Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq istədiklərindən o, xəstəxanadan buraxılıb.

Oğuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Elmir Abdulqədirovun yaşadığı ünvanda baş verib. E. Abdulqədirov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş nəticəsində qırma yaraları alıb.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru