Ağdamda eyni vaxtda 3 evdə partlayış olub

26-11-2015, 17:13           

Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 3 evdə partlayış baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisələr Səfərli qəsəbəsində qeydə alınıb.

Üç evdə eyni anda baş verən partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Xəsarət alanlar var. Yanıq xəsarəti alan şəxslər Ağdam Rayon Mərkəz Xəstəxanasına çatdırılıblar.

Partlayış nəticəsində yaxınlıqda olan evlərə də ziyan dəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru