Dağıstanda üç silahlı öldürülüb

29-11-2015, 11:12           
Dağıstanda üç silahlı öldürülüb
Dağıstanın cənubunda ötən gecə baş vermiş atışma zamanı üç silahlı öldürülüb. Bu barədə məlumatı TASS agentliyinə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
Məlumatda deyilir ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları ilə silahlılar arasında silahlı qarşıdurma baş verib.

Nəticədə üç silahlı öldürülüb. Hüquq-mühafizə orqanları əməkdaşları arasında xəsarət alan olmayıb. Öldürülən silahlıların şəxsiyyəti təqiqləşdirilir.

Dağıstanın Süleyman-Stal və Maqagamkent rayonları arasında yerləşən bütün yaşayış məntəqələrində əməliyyat axtarış tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru