İranda həbsdə olan İsveçrə vətəndaşı intihar edib

10-01-2025, 17:34           
İranda həbsdə olan İsveçrə vətəndaşı intihar edib
İranda saxlanılan İsveçrə vətəndaşı Semnan həbsxanasında həyatına son qoyub.
Bu brədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, casusluqda ittiham edilərək həbs olunan şəxs intihar edib. Onu xilas etmək üçün göstərilən səylərə baxmayaraq, nəticə əldə olunmayıb.

Hadisə ilə bağlı İsveçrə vətəndaşının kimliyi, həbs edildiyi tarix və ölümün dəqiq şəraiti barədə ətraflı məlumat açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru