Britaniya parlamentində İranla bağlı sensasiya – “Ayətullahlar qaçmağa hazırlaşır”

8-01-2026, 11:17           
Britaniya parlamentində İranla bağlı sensasiya –
Britaniyalı millət vəkili və keçmiş təhlükəsizlik naziri Tom Tuqendhat ölkə parlamentində Britaniya xarici işlər naziri Hamiş Falkonerə sual ünvanlayıb və İranla bağlı bir sıra narahatedici prosesləri diqqətə çatdırıb.

Bakupost.az xəbər verir ki, millət vəkili Rusiyadan Tehrana uçuşlar barədə məlumatlara istinad edərək, mövcud dəyərləndirmələrə əsasən, bu uçuşların hərbi yük daşıdığını bildirib. Tuqendhat İrandan xeyli miqdarda qızıl və digər aktivlərin çıxarılması ilə bağlı xəbərləri qeyd edib.

Deputat vurğulayıb ki, bu əlamətlərin birləşməsi İran rejiminin liderlərinin İslam Respublikasının mümkün süqutundan sonra gələcək planlar qurduqlarını göstərə bilər.

Xarici işlər naziri Hamiş Falkoner isə cavabında bildirib ki, hazırkı mərhələdə bu məsələlərlə bağlı ictimaiyyətə açıq şəkildə şərh vermək mümkün deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru