Ermənistanda hərbi xidmət müddəti hərbi xidmət müddəti 6 ay azaldılır?
11-09-2025, 10:18
Ermənistan Müdafiə Nazirliyi mülki hərbi xidmət müddətinin 2 ildən 1 il 6 aya endirilməsini nəzərdə tutan layihə hazırlayıb. Bakupost.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Məlumata görə, layihə e-draft.am saytında dərc edilib və müzakirəyə çıxarılacaq. Hərbi xidmətə çağırılanların sayının müqavilə əsasında xidmət edən hərbçilərin sayının artırılması ilə azaldılması planlaşdırılır. Təşəbbüsün 2026-cı ilin yay çağırışından tətbiq olunması nəzərdə tutulur.