Güzəştin yaratdığı faciələr...
Bu gün, 15:24

Şamaxıda MMA üzrə məşqçi, həm, güləş üzrə çempion bir nəfəri vurub öldürür. Qəsdlə adam öldürmə üzrə aparılan istintaq, mühakimə edilir və sonradan daha yeni hökm ilə zəruri müdafiə həddini aşma kimi bilinir, tez azadlığa buraxılır.
Ölənin də qardaşı o yeni hökmü ədalətsiz kimi görüb, öldürənin belə tez azadlığa çıxıb gəzmə məsələsini qəbullana, sığışdıra bilməyib, gedib o öldürəni öldürüb. Buna da, qisas maddəsi ilə yaxın günlərdə 14 il iş verilir. Nə fikir hasil olur?
Cəza nə üçündür? Həm zərərçəkənin təminatı, həm günahkarın islahı, həm qabaqlayıcı tədbir kimi digərlərinin bu cinayətdən çəkindirilməsi, həm ədalətin təmini kimi ictimaiyyətə görk və həm də, qanunun aliliyinin pozulmama təmini.
Demək, hökm elə qanuni, ədalətli olmalıdır ki, bütün yuxarıdakı nyuans, tərəfləri təmin etsin. Bu konkret məsələdə isə, görünür ki, o birinci hökm, bu birinci öldürülənin və doğmalarının haqqını təmin etməyib. O mərhumun qardaşı da qanunu qisas əməli ilə pozmaqla da olsa, buna görə, uzun dövr həbsə də getməli olsa, qardaşı və öz zərərçəkən haqqını təmin edib.
Ona görə də məhkəmələr hökmü obyektiv və qanuni, ədalətli çıxarmalıdırlar ki, qisasa heç ehtiyac yaranmasın. Nə olmalıdır: CM-ə yeni "qisasa vadar etmə" maddəsimi əlavə etməli? Məhkəmə sistemində vacib islahatlar olmalı.
P. S.
Misal. 2002-ci il. Dağıstanlı bir həkimin ailəsi: yoldaşı və iki uşağı İsveçrəyə turist səfəri edir. Təyyarə İsveçrəyə çatdığı zaman, dispetçerin müdhiş səhlənkarlığına görə digər təyyarə ilə toqquşur, hər ikisi düşür partlayır. Həkimin də ailəsi faciəvi həlak olur. Mətbuatda çox getdi, məhkəmə oldu, günahkar isveçrəli dirpetçerə cəmisi, 2-3 il iş verib yarı müddətdən də azad etdilər. Neçə yüz camaatın ölümünə baiskarı. Həkim, dərin stress ilə hökmdən narazı qalır, ora-bura yazır ədalətsiz qərardan, xeyri olmur. Araşdırır o, dispetçerin ünvanını, viza və bilet alıb gedir, İsveçrə paytaxtı Sürixə. İzləyir tapır ünvanı, zəngi basır, dispetçeri çağırır və ona qapının önündə bir neçə bıçaq vurub öldürür, gedir polisə təslim olur. Dağıstanlı, öz ailəsini itirmiş o, həkimə nə qədər iş versələr? Qisası deyil, itki stressini nəzərə alıb, cəmi 2 il. Qərar verdilər ki, səbəb: dispetçerə güzəştli 2 il olub.
Ilqar Altay

