“Azərenerji” eyni şirkətlə bu dəfə 60 milyonluq müqavilə bağladı

Dünən, 16:24           
“Azərenerji” eyni şirkətlə bu dəfə 60 milyonluq müqavilə bağladı
“Azərenerji” “AzConstruction” QSC ilə yeni müqavilə imzalayıb.

Müqavilə yeni tikilən yarımstansiya (YS) üçün avadanlıqların satın alınmasını nəzərdə tutur.

Satınalma müqaviləsinin dəyəri 59 milyon 996 min 734,71 manat təşkil edir.

Beləliklə, “Azərenerji” ilə “AzConstruction” arasında bağlanan iri həcmli müqavilələrin sayı artıb.

Bundan əvvəl, 6 mart 2026-cı il tarixində tərəflər arasında 110 kV-luq “Naxçıvan Şəhər” yarımstansiyasından çıxan 110 kV-luq elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəzlənməsi işlərinin satın alınmasına dair 6 milyon 664 min 555,45 manat dəyərində müqavilə bağlanmışdı.

Həmçinin, 18 iyul 2025-ci il tarixində “AzConstruction” 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyasının yenidən qurulması, Naxçıvan Enerji Baş İdarəsinin tikintisi və 110/35/10 kV-luq “Çeşməbasar” yarımstansiyasının yenidən qurulması işləri üzrə 46 milyon 572 min 66,16 manat dəyərində sifariş əldə etmişdi.

Beləliklə, qeyd olunan üç müqavilənin ümumi dəyəri 113 milyon 233 min 356,32 manata çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru