Xəzərdə narahatedici mənzərə yarandı: sürətlə çoxalır

Bu gün, 16:02           
Xəzərdə narahatedici mənzərə yarandı: sürətlə çoxalır
Qara və Xəzər dənizlərinin sahillərində ilanlar daha tez-tez müşahidə olunmağa başlayıb.

TEREF xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı yazıb.

Qeyd olunur ki, ilanlar Soçi, Sevastopol, Dərbənd və Mahaçqala çimərliklərində görülüb.

Bildirilir ki, bu, turistlərin də narahatlıq və qorxusuna səbəb olub.

“Əsas səbəblərdən biri Azov və Qara dənizlərin son onilliklərdə duzluluğunun artmasıdır. Bu, balıqların paylanmasını və qida bazasını dəyişir. Məsələn, su ilanları daha aktiv şəkildə sahilboyu və Kerç boğazı ərazisi boyunca hərəkət edərək Qara dənizə düşə bilirlər”, – deyə bildirilib.

Bioloq Viktoriya Liçaqinanın sözlərinə görə, su ilanlarının sayının artmasına isti hava da təsir edib:

“Sürünənlər soyuqqanlı heyvanlar olduğuna görə ətraf mühitin temperaturundan birbaşa asılıdırlar. Bundan başqa, Krasnodar diyarında güclü yağışlar və daşqınlar da ilanların sayının artmasına səbəb olub. Bu hadisələrdən sonra ilanlar Kuban deltası, laqunlar və kiçik çayların mənsəblərindən sahilə çıxıb. Xəzər dənizi sahilində isə say artımı Dağıstanda yazda baş vermiş iri daşqınlarla əlaqələndirilir”./Globalinfo.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru