Myasnikyan erməni ordusunu belə alçaltdı: “Onlar çiyinində mauzerlə qaçan dovşan”a bənzəyirdilər

26-12-2025, 11:04           
Myasnikyan erməni ordusunu belə alçaltdı:
Sovet Ermənistanının dövlət xadimlərindən biri olan A.F. Myasnikyanın 1921-ci ildə nəşr olunan “Köhnə və yeni Ermənistan” adlı məqaləsi necə də əla yazılıb.
Dəşnək milli siyasətinin əsas məğzini şərh edərkən Miasnikyan yazır:
“Hər şeydən vacib — ermənidir. Beləliklə, Ermənistanı qeyri-ermənilərdən, ilk növbədə isə nifrət edilən tatarlardan (azərbaycanlılardan-red.) və insan sayılmayan türklərdən təmizləmək lazımdır. Dəşnəksütyun belə düşünür və belə hərəkət edirdi. Ermənistanda müsəlman və rus kəndləri odla və qılıncla məhv edilirdi..
Daşnaklərın hakimiyyəti dövründə “vətənpərvər” ermənilərdən biri onlara Ermənistan dövlət gerbinin belə təsvir edilməsini məsləhət görmüşdü — "çiyinində mauzerlə qaçan dovşan". Dəşnək qoşunu məhz belə görünürdü. Bu ordunun başında .. savadsız, təkəbbürlü, quldur xasiyyətli “xmbapet” dəstələri dayanırdı.”
“Dəşnəksütyunun ordusu yox idi; onun dəstələrini türk və digər ordular qarşısında daim vahimə bürüyürdü. Amma silahsız müsəlmanlara qarşı əməliyyatlarda, dinc əhalinin talanında ‘igidlikləri’ və cəsarətləri son həddə çatırdı..
Burjua Ermənistani və dəşnək əməl tərzi isə saysız-hesabsız erməni və müsəlman qaçqınlığı doğurdu — yoxsul, çılpaq, ac, xəstə..”
Мясникян А.Ф. Избранные произведения. Ереван: Айастан, 1965. стр. 363—366.
Milli Kimlik
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]