"MONOMAXIN PAPAĞI"
21-01-2026, 09:54

Rusiya dövlətçiliyinin simvolu sayılaraq Moskva Kremlinin silah palatasında qorunur.
Bozqır-Türk dəbinə uyğun tikilmiş papağı XİV əsrdə Altın-Orda Xanı Özbək Xan öz vassalı olan Moskva knyazı İvan Kalitaya hədiyyə etmişdir. Altın Orda dövlətinə bu yaxınlıq Moskva knyazlığının digər Rus knyazlıqları arasında nüfuzunu artırmış, gələcəkdə Rusiya dövlətçiliyinin Moskva ətrafında böyüməsinə yol açmışdır. Həmin dövrdən İ Pyotr imperator seçilənə qədər 350 il ərzində bütün Rus Çarları hakimiyyət simvolu olaraq tacqoyma törənində bu papağı geyinmişlər.
XV əsrin sonu - XVİ əsrin əvvəllərində Altın-Orda dövləti çökmüş və Moskva knyazlığı böyüyüb Rusiya Çarlığına çevrilməyə başlamışdır. Digər tərəfdən isə həmin dövrdə eyni zamanda Bizans da Türklərin Konstantinopolu fəth etməsi ilə çökmüşdü. Güclənməkdə olan Rus Çarı bir tərəfdən öz əcdadları olan Moskva Knyazlarının bir vaxtlar Altın-Orda Xanlarının vassalı olmalarından utanır, digər tərəfdən isə çökmüş Bizansın pravoslav dünyasında yerini tutaraq onun varisinə çevrilmək istəyirdi.
Buna görə də 1 güllə ilə 2 dovşan vuracaq bir addım atılır: Bunun üçün hakimiyyət rəmzi olan bu papağın gerçək tarixi təhrif edilir. Papağı XIV əsrdə Özbək Xanın İvan Kalitaya vassallıq rəmzi olaraq verdiyi gerçək tarix silinir, yerinə isə guya XI əsrdə Bizans imperatoru Konstantin Monomaxın öz nəvəsi olan Kiyev knyazı Vladimir Monomaxa verdiyi yalanı uydurulur. Beləcə Bizansa və Kiyev Knyazı Vladimir Monomaxa dəxli olmadığı halda bu hakimiyyət rəmzi “Monomaxın Papağı” rəsmi adını alır və Rus tarixinin köləlik simvolu olduğu halda, imperiya simvoluna çevrilir.
Ətayə Odər Əkbərsoy
TEREF

