Naməlum azərbaycanlı - FOTO
19-01-2026, 15:34

Onun haqqında çox danışmaq olar. Bu şəxsi Kolumb, Vasko de Qama, Marko Polo ilə də müqayisə edirlər. Düşünəndə ki, belə bir şəxs azərbaycanlıdır, qürur duymaya bimirsən.
"Jornal do Brasil" nömrələrinin birində Eyyub Tağıyevin fotosunu çap edir. Şəklin altında belə yazmışdı: "Onun portfelində Braziliyanın bütün neft sirləri gizlənib".
...Hindistanın baş naziri Cəvahirləl Nehru isə onun haqqında belə demişdi: Hindistan nefti onun ayaqları altından axır.
Bəli, bizim belə insanımız var. elə bir insan ki, Azərbaycandan başqa bütün dünyada tanınır və anılır. Bu gün Bakının Neft Kralı Eyyub Tağıyevin vəfat günüdür. Sibirdə zəngin neft yataqlarının kəşfində iştirak etmiş Hindistan, Arqentina və Braziliya neftinin atası sayılan Eyyub İsmayıl oğlu Tağıyev ! Düşünüəndə ki, o bu qədər əməllər, kəşvləri vur -tut cəmi 54 yaşına qədər edib.. adam söz tapa bilmir!
Eyyub Tağıyev 1912-ci il yanvarın 27-sində Bakının Böyük Qala küçəsindəki ikimərtəbəli evdə anadan olub. O, üç dəfə Stalin mükafatına layiq görülmüş yeganə şəxsdir !. H.Z.Tağıyevin qohumu olub. Sənaye İnstitutunu bitirdikdən sonra Suraxanı neft kontorunda işləməyə başlayır. O, qazma mühərriklərinin yeni konstruksiyalarını və turbin qazması texnologiyalarını işləyib hazırlanmasında kəşvlər edir.
Yüksəlişi bir hadisə nəticəsində baş verir. 1955-ci ilin payızında SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıgin Daşkənddə Hindistanın baş naziri Cəvahirləl Nehru ilə görüşür. Nehru Hindistanda neft ehtiyatlarının axtarışı üçün mütəxəssislər qrupunun göndərilməsini xahiş edir. Kosıgin SSRİ-nin ozamankı neft sənayesi naziri Nikolay Baybakova belə mütəxəssislərin tapılması və Hindistana göndərilməsini tapşırır və qrupa “Şərq adamı”nın rəhbər təyin olunmasını məsləhət görür. Baybakov fikirləşmədən Eyyub Tağıyevi təklif edir...
Eyyub Tağıyev Hindistanda işə başlayır. Bu vaxt Baş nazir Cəvahirləl Nehru ona yalvarırdı : "Bizə öz neftimiz lazımdır Biz xaricdən ildə 200 milyon dollar neft alırıq Mən sizə inanıram, kömək edin ."
Rusiyanın Sibirində və Hindistanın bir çox yerlərində neft axtarıb tapan Eyyub Tağıyev yeganə azərbaycanlıdır ki, Hindistanın neft üzrə baş idarəsinin ömürlük məsləhətçisi olub. Və nəhayət 1958-ci ilin mayında Pəncabda, 1959-cu ilin sentyabrında Bombeyin 250 kilometrliyində neft axtaran Tağıyevin sayəsində buruqlar fontan vurur. O, Hindistanın qara qızılının ATA-sı adını alır. Hindistanın baş naziri Cəvahirləl Nehru onun haqqında demişdi: "Hindistan nefti onun ayaqları altından axır"
Bu gün Kəlküttənin mərkəzi parkında Eyyub Tağıyevin qara mərmərdən hazırlanmış büstünə rast gəlmək olar. Metr yarımlıq pyedestalın üzərinə qızılı hərflərlə yazılıb “Hind neftinin atası”
1961-ci ildə isə o, uzaq Braziliyaya yollanır. Altı ay davam edən ağır işdən sonra onlar Braziliyada böyük neft və qaz ehtiyatlarının olması barədə dəlilləri ortaya qoyurlar. Eyyub Tağıyev xatırlayırdı ki, Braziliyada 40 dərəcədən yuxarı temperaturda, yüksək rütubət şəraitində, mığmığaların içində işləmiş, müxtəlif nəqliyyat vasitələri ilə, bəzən də piyada 25 kilometr məsafə qət etmişdilər.
Uğur həmişə onunla idi. Braziliyada da neft tapılır. "Jornal do Brasil" Eyyub Tağıyevin fotosunu çap edir. Şəklin altında isə yazılır: "Onun portfelində Braziliyanın bütün neft sirləri gizlənib"
Hindistan və Brziliyadan sonra geri SSRİ-yə qayıtdıqdan sonra Tağıyev Qubkin adına İnstitutun (indiki Rusiya Neft və Qaz Akademiyası) qazma proseslərinin texnologiyası və tədqiqi kafedrasına rəhbərlik etməyə başlayır. O zaman onun 44 yaşı vardı. Sonra o, institutun elmi işlər üzrə prorektoru təyin olunur.1958-ci il Brüsseldə keçirilən ümumdünya sərgisində iki pərli qazma qurğusuna görə Professor E.Tağıyevin rəhbərlik etdiyi kollektivə “Qızıl medal” verilir. Elmi dərəcəsi olmasa da, Tağıyev 50-dən çox kitab, monoqrafiya və məqalənin müəllifi idi, qiymətli ixtiralarına görə 18 beynəlxalq patent almışdı. 1965-ci ilin dekabrında institutun rəhbərliyi ona texnika elmləri doktoru dərəcəsi verilməsi barədə qərar qəbul edir
Eyyub Tağıyev 1967-ci il yanvarın 17-də, 55 illiyinə on gün qalmış qəflətən vəfat edib. O, Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunur.
Sözardı 1. Yanvarın 27-si onun 112 yaşı tamam olur.Çox istərdim ki, Yaşadığı evin önünə barelyefi vurlaydı, haqqında tərdbirlər keçiriləydi. Axı , o, unudulmamamlıdır.
Sözardı 2. Bu gün Eyyub Tağıyevin qara qızıl neftinin kəşvi sayəsində dünyanın aparıcı dövlətlərindən birinə çevrilən, lakin Azərbaycana qarşı düşmən siyasəti yürüdən Hindistanın Baş naziri Narendra Modiyə onun haqqında demək lazımdır. Elə Braziliyanın hazırkı prezidenti Luiz Inácio Lula da Silva da bunu bilməlidir.
Baba Allahnəzərov




