Bakı Atom Klubu - Abbas Çayxorski 109 Lev Landau 118 İqor Kurçatov 123

22-01-2026, 16:14           
Bakı Atom Klubu - Abbas Çayxorski 109     Lev Landau 118     İqor Kurçatov 123
Bu Bizik..?!
Doğum günləri: Abbas Çayxovski, Lev Landau və Kurçatov ...
Atom bombası yaradan bu insanların azərbaycanlı olması, Azərbaycanla bağlılıqları doğum günlərinin eyni gündə olması tarixin təsadüflərdən çox, bəlkə də gizlinlərindən xəbər verir.
Bir vaxt nüvə üzrə kəşvlərə görə bizi "Bakı Klubu"adlandırırdılar. Lakin bu gün bizim bir Atom bombamız belə yoxdur...Bu gün Atom bombası olanlar dünyanın yeni xəritəsini yenidən cızmaq uğrunda mübarizə aparırlar. İndi bizim də atom bombamız olsaydı ölkəmizi dünyanın "Alınmaz Qala"sına çevirərdik.
Ərazilərimizin itiriməsinə şahidlik etməzdik. Dünyanın yenidən qurulan bir vaxtda tarix boyu itirdikləri torpaqları qaytara bilərdik.
Amma biz, daha doğrusu hakimiyyətdə oturanlar neftin, qazın, qızılın, Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərindən gələn gəlirləri eyş -işrətə, restoranlara, rallilərə , COP29-a , gic -gic yarışmalara, tikintilərə, yollara və s. vəs. xərclədilər və ... biz külbaş olduq.
Bu gün Ermənistanın Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olmuş SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri (1969-1991), neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı, kimya elmləri doktoru, professor Sovet atom bombasının yaradıcılarından biri, külü Bakıda dəfn edilən gizli azərbaycanlı alim -Abbas Çayxorskinin, 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüş, Nəzəri Fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü, və iki-komponentli neytrinoların nəzəriyyəsi ilə, kvant mexanikasında sıxlıq matrisi metodunun kəşf edilməsi ilə dünya elminə öz möhürünü vuran Bakıda doğulmuş Lev Landaunun doğum günlərdir.
Abbas Çayxorski SSRİ-də nüvə məsələsini araşdıranları zarafatla “Bakı klubu” adlandırıldığını deyirdi. Səbəb isə Landaunun Bakıda anadan olması, Abbas Çayxorskinin azərbaycanlı olması, məşhur kimyaçı Kurçatovun isə öz təhsilini Bakıda alması idi. Həqiqətən də, bunları bilmək kifayət qədər sevindiricidir.
İqor kurçatov 1924-cü ilin yayında Feodosiyada hidrometeoroloji mərkəzdə işləyib. Pavlovsk maqnit-meteoroloji rəsədxanada professor Obolenskinin rəhbərliyi altında ilk elmi işini yazıb. Politexnik universitetini bitirdikdən sonra İqor Kurçatovun yolu bizim Bakıya düşüb. O, burada Azərbaycan Politexnik Universitetinin fizika kafedrasında assistent işinə qəbul olunub. Qısa çəkən Bakı dövrü Kurçatovun həm elmi həyatında, həm də ailə həyatında xüsusi tol oynayıb.
Abbas Çayxorski isə Abbas Çayxorski bütün titullarına baxmayaraq heç vaxt heç bir partiyanın üzvü olmayıb ! Heç vaxt da maşını olmayıb. işə də piyada gedərmiş. Oğlu Aleksandr isə siyasi motivlərə görə Leninqrad Dövlət universitetindən qovulub. Abbas Çaykorskinin atası Abbasəli isə Müsavatçı olduğuna görə 1920 -ci ildə həbs olunub və 1930-cu ildə sürgündə vəfat edib.
O, 1917-ci ilin 21 yanvarında də indiki Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olub. Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı sayılır.
Adı uzun illər SSRİ-nin “məxfi alimlər”i siyahısında olub. Abbas Çayxorski 2-ci düyay müharibəsi zamanı artilleriyaçı kimi Şimali Qafqaza cəbhəsində vuruşub, yaralanıb.
1918-ci il milli münqişə zamanı sonra ailə əvvəlcə Ağdama, oradan da Ağdaşa köçür. Gələcək alimin uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, o, burada orta məktəbi bitirir, sonra Bakıda texnikuma daxil olur, ali təhsilini isə 1939-cu ildən başlayaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində alır..
O, 12 il SSRİ-də atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dövlət komissiyasının sədri olub. Abbas Çayxorski özünün aldığı elmi nəticələr və digər görkəmli alimlərin nəticələrinə əsaslanaraq daha mükəmməl elementlərin dövri sistemi cədvəlini yaradıb. O, həmçinin kimyada beşinci kvant ədədinin gətirilməsi ideyasının müəllifi kimi tanınır Rusiya və Amerika kimi ölkələrdə yaşamasına baxmayaraq alim üçün Azərbaycan hər zaman ən böyük mənəvi zirvə olub. Oğlu Aleksandr da söhbətlərində bu amili hər zaman qeyd edib. Belə ki, ömrünün son illərində Abbas Çayxorski dəfələrlə Bakıya da gəlir, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru seçilir, məqalələri Akademiyanın mətbu orqanında dərc olunur. Nəhayət, 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ona fəxri doktor adı verir.
Alim 2008-ci ildə ABŞ-da vəfat edir. Bəs niyə görə ABŞ-da ? Məsələ ondadır ki, SSRİ dağılandan sonra Çayxorski Nüvə Tədqiqatları Komissiyasından uzaqlaşdırılır. Oğlu da o zaman ABŞ-da yaşayırdı. Və alim oğlunun yanına köçmək qərarına gəlir Təbii ki, işdən uzaqlaşdırılması alimə çox pis təsir edir. Özünə qapanır. Xatirələrində bu haqda belə yazmışdı: “Mənə qarşı düzgün addım atmadılar. Zəhmətimlə qazandığım titulları aldılar, məni bircə xalq düşməni çıxarmaları qalmışdı. Lakin onlar mənim alim olduğumu unutdular. Mən, sadəcə, elmlə məşğul olurdum. Dəstək olsaydılar, daha çox nailiyyətlər əldə edə bilərdim”.
Rusiya hökuməti onu bütün titullardan məhrum etmişdi və atom kimyası sahəsində tədqiqatlar aparmayacağı haqqında ondan yazılı iltizam da almışdı. Və məhz bundan sonra ona okeanın o tayına köçməyə icazə verilir....Çayxorski orada molekulyar biologiya ilə məşğul olur.
"Neptunium kimyası" monoqrafiyasının müəllifi olan Abbas Çayxorski xalqımızın və elmimizin bu gün də fəxr edə biləcəyimiz alimdir. Vəsiyyətində vəfat etdikdə onu Bakıda köhnə qəbiristanlıqda qohumlarının yanında dəfn edilməsini istəmişdi.
Və 2009-cu ildə isə 28 illik fasilədən sonra Azərbaycana gələn Aleksandr Çayxorski özü ilə Bakıya həm də atasının külü olan urnanı gətirir. Həmin kül Bakıda köhnə qəbiristanların birində basdırılır.

Lev Davidoviç Landau – XX yüzilliyin əfsanəvi fizikidir. Bakının Balaxanı qəsəbəsində neft mühəndisi ailəsində dünyaya gəlib. 12 yaşında differrensial tənliyi, 13 yaşında inteqralları həll edə bilirdi.On doqquz yaşında Landau “Kvant nəzəriyyəsi”nə böyük töhfə verir. Onun gətirdiyi anlayış Kvant statistikasında mühüm yer tutur. Atası kimi oda həbsxanada yatıb.
Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər.

1925-ci ildə Kurçatov Bakıda birgə işlədiyi professor C.Usatının tövsiyəsi ilə Leninqradda Fizika-texnika institurunda akademik İoffenin rəhbərliyi altında elmi işçi olub.
1927-ci ildə gələcək akademik həmkarı və dostu Kiril Sinelnikovun bacısı Marina ilə evlənib. İqor Kurçatov Kirll Sinelnikovla Bakıda tanış olubmuş.
Baba Allahnəzərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]