Gürcüstan pravoslavlıq və şiəliyin kəsişdiyi ölkə.

23-01-2026, 11:18           
Gürcüstan   pravoslavlıq və şiəliyin kəsişdiyi ölkə.
Din dəyişmir, onu dəyişən milli maraq, dövlət modeli və geopolitik ambisiyalardı.
Pravoslavlıq imperiya da yarada bilir, milli azadlıq da
Şiəlik teokratiya da qura bilir, dünyəvi dövlətdə mədəni kimlik kimi də qala bilir.
Pravoslavlıq Rusiyada imperiya ideologiyasına, Ukraynada milli azadlığın müdafiəçisinə, Gürcüstanda milli kimlik və ənənə qoruyucusuna çevrilir. Şiəlik İrakda parçalanmış siyasi gücün birləşdiricisi, İranda molla hakimiyyəti (teokratiya) ideologiyasına, Azərbaycanda əsasən mədəni-dini kimlik irsi səviyyəsində qalır.
SUAL:
Gürcüstan kimi müasir ölkədə niyə pravoslavlıq inkişafa və modernliyə, şiəlik xurafata və geri orta əsr düşüncəsinə aparır !?
Bu sual antropoloji baxımdan səhv görünə bilər, amma, mövcud sosial-siyasi trend baxımından tamamilə doğrudur.
Sual antropoloji baxımdan ona görə səhv görünə bilər ki, İslam dini tərəqqini, təhsili, elmləşməni və zamanla ayaqlaşmanı təşviq edir. Amma, eyni dövlət içində hər iki məzhəb vətəndaşları imana doğru apardığını iddia etsə də İran şiəliyinin gətirib çıxardığı yerlər göründüyü kimi tamamilə başqadır.
Gürcüstanda pravoslavlıq milli identikliklə üst – üstə düşür, İran şiəliyi isə milli identikliyi (milli kimliyi) sıxışdırır, azərbaycançılıq yerinə ümmətçiliik qoyaraq milli kimlik böhranı yaradır. Burada pravoslavlıq dövlətçiliyə xidmət edir, İran şiəliyi isə İranın özündə dövlətçiliyə xidmət etsə də İrandan kənar ölkələrin hamısında yerli dövlətçilik təfəkkürünü zəiflətməyə çalışır.
Gürcü mədəniyyətində din insan şüurunun mərkəzinə keçmir, mədəniyyətin struktur qatına yerləşdirilir. Oradakı soydaşlarımızıda isə din şüurun tam mərkəzinə otuzdurulduğu üçün məntiqi-rasional təfəkkür sıxışdırılılır və nəticədə intelektual geriləmə başlıyır. Bundan sonra din adamları yerli siyasi-ictimai elitanı sıxışdıraraq onun yerinə keçir, nəinki məişət problemləri ilə hətta dövlət siyasəti ilə məşğul olmağa başlıyır, çıxışlar edir, bəyanatlar verir, İranda olduğu kimi cəmiyyətin yalnız dini yox həm də ictimai-siyasi təmsilçisinə çevrilirlər.
İranın imperial ambisiyaları üzündən İran şiəliyinin gücü həm Gürcüstan, həm Azərbaycan dövlətçiliyinin gücü ilə tərs mütənasiblik forması alır. Yəni İran şiəliyi gücləndikcə region ölkələrində dövlətçilik təfəkkürü zəifliyir və əksinə İran şiəliyi zəiflədikcə dövlətçilik təfəkkürü güclənməyə başlıyır.
Dindar gürcü deyir “mən gürcüyəm, sonra parovoslavam”, dindar gürcüstanlı soydaşımız isə həmişə ucadan “mən şiəyəm, millət ikinci dərəcəlidir” deməsə də, adətən belə düşünməyə başlıyır.
Soydaş demişkən:
Azərbaycan dövləti gürcüstanlı azərbaycanlılara soydaş yox vətəndaş prizmasından baxır. Orada yaşayanlar Gürcüstan vətəndaşıdır, biz Gürcüstanın daxili işlərinə qarışa bilmərik deyir. Və burada bir boşluq yaranır. Bu böşluğu isə İran soydaşlıq konsepsiyasının ümmətçilik modelindən istifadə edərək doldurmağa başlıyır.
Türk soydaşlığı : etnos-dil-tarix-mədəniyyət-dövlət xətti üzrə gedir
və soydaşlıq mütləq institusional dəstək tələb edir.
İran ümmətçiliyi : məzhəb-itaət-fars dini mərkəzi- ideoloji loyallıq xətti üzrə gedir, “müqəddəs tarix”, “fövqəl düşmən”, “müqəddəs mərkəz - Qum” yaradılır, soydaşlarımıza pul verilir, molla verilir, “sən tək deyilsən” kimi təhlükəsizlik və mənsubiyyət hissi yaradaraq milli yaddaşı zəiflədir.
“Vilayəti fəqh” İranda suverenlik, Gürcüstanda mənəvi avtoritetdir.
İran şiəliyi hər yerdə olduğu kimi Gürcüstanda da öncə paralel teoloji mərkəz, sonra isə dövlətə loyal olmayan müxtəlif güc mərkəzləri yaratmağı hədəfləyir.
İranla baş verənləri illər öncə demişdik ... o vaxt eşitmək istəməyənlər eşitmədiyi kimi, indi də özünün minlərlə şiə vətəndaşlarını qətlə yetirən fars-molla hakimiyyətinin əsl simasını görmək istəməyənlər hər şeyi görməməzliyə vuracaq.
Gürcü modeli dini mədəniyyətin içində saxladığı üçün stabildir.
İran modeli dini ideologiyanın mərkəzinə çevirdiyi üçün böhran yaşayır. İranda dövlət dinin özünü ideoloji alətə, vətəndaşları isə dinin alətinə çevirir.
Bu gün İranda baş verənlər dinin şüurun mərkəzinə yerləşdirildiyi, amma artıq şüuru idarə edə bilmədiyi bir mərhələnin təzahürüdür.
Azərbaycan həm rəsmi həm faktiki tam sekulyar dövlətdir, Gürcüstan rəsmən sekulyar, faktiki olaraq tam sekulyar deyil.
İran isə teokratik yox klerikal dövlətdir, çünki teokratiya Allahın hakimiyyəti, klerikallıq isə sadə dildə mollaların hakimiyyəti deməkdir...
Ugurlu Sharifov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]