Bakı milyonçusu Muxtarovun qəmgin hekayəsi
28-03-2026, 09:04

Belə şərəfli ölüm qul olub yaşamaqdan yaxşıdır və sizlərə onun doğum günündə ölümü haqqında yazacağımı söz vermişdim. Ona görə də gəlin bir daha Əmircan kəndində doğulmuş Bakının on bir milyonçusundan biri, Mutuza Muxrarovun acı taleyi ilə tanış olaq. Şəkildəki binanı, şəxsi tanıya və tanımaya bilərsiz: bu yer "Səadət Sarayı", gördüyünüz şəxs isə bu sarayın sahibi milyonçu Murtuza Muxtarovdur. Ardını yazıçı publisit Mehriban xanım belə yazır: "Biz nə etməliyik?!!
…Murtuza Muxtarov ismi hamıya bəlli deyil. Amma “Səadət Sarayı” deyəndə əvvəllər hamı bilirdi söhbət kimdən və nədən gedir. İndi o ev “səadət sarayı” deyil, nə olacaq, kimin olacaq o da bəlli deyil. Və olacaq əhvalat o evin taleyindəki son səhifə də deyil. Amma kaş ki, o binaya “Murtuza Muxtarovun evi” adı veriləydi. Çünki Murtuza ağa son bir etiraf məktubuna görə buna haqq etmişdir.
Bəlli olduğu kimi Murtuza Muxtarov bolşeviklərə təslim olmayıb, son nəfəsinə qədər atışıb və evində qətlə yetirilib. Sabahı bəlli olamayan dünənki o “səadət sarayı” nda ev sahibinin – tarix üçün o qan hələ qurumayıb – nahaq qanı tökülüb. Murtuza Muxtarov bu son döyüşdə öləcəyini bilirdi. Amma qərarı qəti idi, təslim olmayacaqdı bolşeviklərə.
Bolşeviklər axırıncı dəfə qapısını çalana qədər iş otağında, masa arxasında oturub bu sözləri yazır:
“Bakı neftindən böyük pullar qazandıq… Ağlagəlməz qədər böyük pullar… Həmin pulllarla Bakını alınmaz bir qalaya çevirə bilərdik… Amma biz neylədik?.. Bu şəhəri əyləncə, qumar, kazino mərkəzinə çevirdik… Bu da nəticəsi!”
Sətirlərin göz yaşına bax… hələ də qan ağlayır…
Bundan sonra qurşun səsləri aləmi bürüyür və bir dönəm bitir. Tarixin səhifəsi bir nəfər üçün deyil, bir xalq üçün qanla, qətllə sona yetir. Murtuza Muxtarov və onun kimi başbilənlərimiz anlayanda iş işdən keçmiş olur. Bakını əyləncə mərkəzinə çevirən neftxudalar nəinki saraylarının, hətta bir qol saatlarının belə oğul-uşaqlarına, nəvə-nəticələrinə qalmayacaqlarını heç ağıllarına gətirmirdilər. Dünya mənimdir- deyirdilər. Elə indikilər kimi…
Paltar-palazlarının, qaş-daşlarının, evlərinin sayını itirən və gözüdoymayan arvadlar da elə o kişilərin günündə idilər… o da eynilə indikilər kimi…
İnsan çoxmu dəyişib? O, bu gün 100 il əvvəlkindən nə ilə fərqlənir? Zənginlər Murtuza Muxtarovu tanıyırlarmı? Son məktubunu oxuydularmı? Vətəni alınmaz qalaya çevirmək üçün nələr elədilər? Axı, o kişi o məktubu özü üçün yazmamışdı. Özündən sonra gələn zənginlər, yəni məsullar üçün yazmışdı. Öz taleyini göstərib Bakını əmanət etmişdi. Edə bilmədiklərini xələflərinə tövsiyə etmişdi. Zəngin zümrənin harınlığının faciə ilə bitən sonluğundan danışmışdı. Vətən və vətənpərvərlik anlayışının eləcə şüar olmadığını qanı ilə yazmışdı.
Bu günkü zənginlər Murtuza Muxtarovun o qanlı məktubunun deyil, o qanlı evin peşindədirlər yəqin ki. İnsan dəyşə bilmir. Qılı-qiyafəti, arabası dəyişir, zatı dəyişmir...".
sözardı: tarix ona görə təkrar olunur ki, ondan nəticə çıxarılmır. Ona görə də bu tarix yenidən təkrar oluna bilər...Bu hadisə Xalq yazıçısı Qılman İlkinin “Bakı və bakılılar” kitabında bu barədə maraqlı qeydlər var:
“Təbiətcə çox məğrur olan Muxtarovun həyatı faciə ilə bitir. Bakıda aprel inqilabının ilk günləri idi. Bu günlərin birində Muxtarovun Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Muxtarov) küçələrinin tinindəki mənzilinə iki silahlı hərbçi gəlir. Muxtarov qapını açıb, onları gördükdə atəş açıb, Anosov adlı birisini öldürür, ikinci gülləni də öz alnına çaxır. İnqilabın ilk günlərində şəhərdə talan başlanmış və bir neçə gün davam etmişdi. Bakılılar davam edən talanı "Talan həftəsi" adlandırırdılar. Aranın qarışmasından istifadə edən soyğunçular evlərə, idarələrə basqın edir, arvadların qulaqlarından, boyunlarından qızıl bərbəzəyi güclə çıxarır, qiymətli avadanlığı aparırdılar. Soyğunçuların içərisində bolşeviklərə də rast gəlmək olardı. Köhnə bakılıların dediklərinə görə talanlara başçılıq edən Mikoyan ilə Sərkis idi. Şəhərdəki özbaşınalığı Muxtarov eşidir və görürdü. Muxtarovların ailə həkimi olan almanın dediyinə görə, onsuz da son hadisələrdən əsəbləri pozulmuş Muxtarov evinə soxulan bolşeviklərə əsəbi vəziyyətdə atəş açmışdı”
Sözardı:t arix ona görə təkrar olunur ki, ondan nəticə çıxarılmır. Ona görə də bu tarix yenidən təkrar oluna bilər...
Bu binanın halallığı isə hələ də alınmayıb!
https://banco.az/.../baki-milyoncusu-muxtarovun-qemgin...
Baba Allahnəzərov
TEREF



