"Azərbaycanlılar dindən daha çox öz adət-ənənələrinə və milli dəyərlərinə bağlı xalq olublar"
3-04-2026, 15:14

"Azərbaycanlılar dindən daha çox öz adət-ənənələrinə və milli dəyərlərinə bağlı xalq olublar. Məsələn, bir çox sahələrdə qadına olan hörmət o qədər böyük olub ki, qadın yaylığını açıb yerə atsaydı qanlı mübahisələr dayanardı. Qadın küçədə tək gedəndə at belində olanlar dərhal yerə düşüb onu evinə qədər müşayiət edərdilər.Azərbaycanlıların milli-mənəvi dəyərlərinə görə hər hansı bir qızın yaxud qadının adı başqa yerdə çəkilirdisə soruşan adam ya ciddi addımlar atmalı, ya da bu hərəkətinə görə ağır cəzaya razı olmalı idi. Ağır cəza isə ölümü idi. Ailə qurmaq məsələsi çox ciddi mental dəyərlərə söykənirdi. Qızı görüb onunla evlənmək istəyən gənclərin əməl etdikləri gözəl bir adət var idi. Oğlan qızın subay, ailəli, yaxud dul olmasını bilmək üçün bulaq başına gedər, kənarda durar, onun səhənginə doldurduğu sudan bunu bilərdi. Dul qadına elçi gələn oğlan da mütləq müəyyən şərtlərə əməl etməli idi:
1) Qadının övladları varsa onu öz övladları kimi qəbul etməli;
2) Əgər birinci əri döyüşdə yaxud başqa səbəblə ölürdüsə onun ailəsinin övladlarını ziyarət etməsinə şərait yaratmalı idi".
Zaur Aliyev , fəlsəfə doktoru.
Türk Törəsində yazılmışdı:
6. Bir çoban sürüsündən, bir ər ailəsindən, bir Xaqan ulusundan soruşular.
7. Hər kişi xanımına, atına, silah-sursatına sahib çıxacaq.
12. Hər kim kiminsə namusuna toxunsa həyatıyla cavab verəcək.
21. Qızı istəyən Xaqan da olsa, bəy də olsa qız, özü istədiyinə ərə gedəcək."
Bilgə Xaqan Yazısı.
Titrə və özünə dön ey türk, sən özün olanda daha möhtəşəm görünürsən!
Şəkil: Azərbaycanlı xanımlar, 1906-2026-cı illər.
Azərbaycanlıların səhifəsi
TEREF

