Qarabağ xanı İbrahim xanın gürcü əsilli arvadı Cəvahir xanımın xəyanət tarixi ...

9-04-2026, 08:34           
Qarabağ xanı İbrahim xanın gürcü əsilli arvadı Cəvahir xanımın xəyanət tarixi ...
Qarabağdakı məşhur məscidləri tikdirən Gövhər ağanın anası Cəvahir xanım adını dəyişib müsəlman olsa da, ürəyində xristian qalıbmış. Hətta Gövhər ağanı da xristianlaşdırmaq istəyirmiş. 16 yanvar 1807 tarixli gürcü dilində yazılmış ərizəsi:
"1783-cü ildə Avar və Dağıstan hakimi Ömər xan çoxsaylı ləzgi qoşunları ilə atam knyaz Yevgeni Abaşidzenin mülkünə — Kartlidəki Vaxan qalasına hücum edərkən, biz iki bacı əsir düşdük. Ömər xanın özünün evləndiyi bacım 1802-ci ildə Sizin yenilməz əlinizin köməyi ilə azad edildi və hazırda Sizin hakimiyyətiniz altında Kartlidə yaşayır.
Məni isə adıçəkilən Ömər xan öz kürəkəni İbrahim xana verdi; o, kəbin müqaviləsi və rəsmi nikah əsasında məni özünə arvad etdi. Bu qədər vaxt ərzində mən gecə-gündüz daim öz azadlığım üçün bir yol tapmağı arzulayırdım, lakin bədbəxtlikdən nə bir bəhanə, nə də bir yol tapa bilmirdim. Nəhayət, bu gərgin düşüncələr mənə ilham verdi ki, Sizin yenilməz ordunuzun sərkərdəsi, mərhum knyaz Pavel Sisianovun yanına gizlicə bir adam göndərim ki, o, ərim İbrahim xandan Sizin İmperator Həzrətlərinin yenilməz silahına tabe olmasını xahiş etsin.
O, bunu etdikdə, mən ərimə itaət göstərməyi məsləhət gördüm; bu işdə atamın Tanrısı və mənə doğma olan dinim mənə kömək etdi və ərim bütün mülkü ilə birlikdə Sizin İmperiyanıza tabe oldu. Bu, mənim üçün ən böyük sevinc və öz dinimə yenidən qovuşacağıma dair bir işarə idi. Həmin vaxt knyaz Sisianov söz vermişdi ki, məni və ondan olan uşaqlarımı azad edib Sizin uca İmperator taxtınıza təqdim edəcəkdir.
Sonradan ərim İbrahim xan və xristian etmək niyyətində olduğum 11 yaşlı oğlum Abbasqulu öldürülsə də, mən, ərdən və oğuldan məhrum qalan, bütün dünyəvi sərvətlərini itirən kəs kimi öz fikrimi təkrar edirəm və əvvəlki kimi xilas olmağımı diləyirəm.
Buna görə də, diz çökərək Sizin İmperator Həzrətlərinin məsihsevər taxtına və Sizin ən müqəddəs adınıza sığınıram ki, buradakı rəisə məni və sağ qalan qızımı bu qeyri-dinli xalqdan xilas etməsini əmr edəsiniz. Zira mən Sizin xeyir-dualı paytaxtınıza gəlmək və Sizin əmrinizlə vəftiz olunmaq (xristianlığı qəbul etmək) istəyirəm ki, bununla da mən və qızım öz dinimizə qovuşaq. Bir qul kimi Sizin mərhəmətinizə ümid edərək bu müqəddəs arzumu yerinə yetirmənizi rica edirəm."
Mənbə: AKAK, cild 3, sənəd 627.
Cavid Ağa
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru