TƏBRİZ GÜNDƏLİYİNDƏN. TƏBRİZDƏ EŞİDDİKLƏRİMDƏN

8-04-2026, 08:24           
TƏBRİZ GÜNDƏLİYİNDƏN.  TƏBRİZDƏ EŞİDDİKLƏRİMDƏN
Təbrizin təptəzə qəhvəxanalarindan birində, yaşa dolan bir qadın, mənə sarı əyildi qəfil. Kışı səsiylə, qulaqlarıma pıcıldadı:
"Şah dövründə ABŞ- İran münasibətləri, bəli, konservativ klub tərkibində, Respublikaçilar partiyası, İsrail şahinləri vasitəsi reallaşırdı.
Əməkdaşlıgın, ciddi iqtisadı meydançası vardı- tam məxfi "Asian Petrol" adlı İran-İsrail neft şirkəti, Fars körfəzindən İran neftini İsrailin "Aşkelon- Eylat" neft kəmərinə nəql edirdi.
Əməkdaşlığin tam mənfəətinə xatir Şah Məhəmmədrza öz İsrail müttəfiqləri ilə birgə Süveyş kanalıni bağli saxlayırdı o vaxtlar.
Yəni, 1968- çi ildən ta 1977- ci il Kemp Devid razılaşmalarına qədər.
Nəticədə, Ərəb neftinin Avropa rafinerlərinə yolunu Afrika sahilləri boyu uzadır, bu neft daşimalarını səmərəsiz edirdi.
Aşkelon-Elyat neft kəməri vasitəsi ilə İran nefti Aralıq dənizi sahillərinə maneəsiz cıxirdi. Aralıq dənizi sahillərindəki bütün neftayırma karxanalarında o vaxtlar şahin da səhmləri vardı.
O vaxtkı Ərəb- İsrail davasının sirri, səbəbi də bax bu gizli neft tranzitindəydi.
1977- çi ildə ABŞ Demokratları, Cimmi Karter bu neft tranzitini pozdular. Kemp- Devid sazişi ilə Suveş kanalıni açdılar.
Azad, ucuz ərəb nefti, Aşkelon- Eylat neft daşımaçilığının həm maya dəyərini öldürdü, həm də İran şahının bank hesablarını sıfirladı.
Nəticədə 1978- çi ildə İranda inqilab başladı.
Yəni bu inqilabın baş maliyyə meneceri ABŞ Demokrat partiyası, Cimmi Karter idi.
Xomeyni yox...
Lakin, Respublikaçilar sonradan ABŞ səfirliyindəki ğirovlar məsələsini, uğursuz Tabes əməliyyatını bəhanə edərək yenidən İran dosyesınə yiyələndilər.
Tarixə" İran- kontras" adıyla düşmüş silah alveri bu məxfi Tehran- Vaşinqton trafikini, rabitəsinə yeni məzmun, yeni sahibkarlar verdi ( 1982-1988).
Yəni Respublikaçiları.
1998- çi ildə Bull Klinton, Demokrat partiyası yenidən İran dosyesini, X fayllarını fəallaşdirdilar.
İran islahatçilarını, Cavad Zərif, Xatəmi dəstəsiylə dialoqa girişdilər.
Sonralar bu dialoq, Ariana Təbatai vasitəsi ilə, daimi gizli təmas xəttinə çevrildi (2012-2025).
Tramp, ABŞ prezident seçkiləri vaxtı, Kamilla Xarrisə qarşi, əvvəlcə bax bu Ariana Təbatəbai teleqraf xəttini sıfirladı.
Sonra köhnə Askelon Eylat neft kəmərini əvvəlcə Dubay neftiylə doldurdu.
Məqsəd, sonradan bu boru xəttinə İran neftini əlavə etmək, şahin oğlu ilə köhnə alveri bərpa etmək, Demokratları İranla təmas xəttindən uzaqlaşdirmaq idi.
Bu səbəblə demokratların İranla rabitəsinin təmin edən Larıcani və Kamal Harrazi aradan götürüldü lap elə bax bu son ğünlərdə.
Yəni Trampın məqsədi, həm də İranla mumkün dialoqdan demokrat partiyası mirasını, kadrlarıni, müttəfiqlərini silmək, meydançani tam öž kadrları ücün azad etməkdir. Boşaltmaqdir.
Yəni, ABŞ- İRAN münasibətlərinin qara cantası uğrunda Demokrat partiyası ilə Respublikaçilarin amansız rəqabəti mövcuddur.
O qara keys əldən-ələ ötürülüb daiim. Qəzza zolağında da vaxtaşırı mərmi yağdırılır Trampın özəlləşdirdiyi bu Askelon- Eylat biri kəmərinə. İlk zərbələr 2021 - çi ilin mayında yagır bu boru xəttinə. Sənlhmdarları arasında ruslar da var".
Hə...Təbriz qəhvəxanalarinda yubansaydim bir qədər də çox, hə.. sözsuz, ən böyük sirlərin izinə düşərdim.
Dəqiq bilərdim bəzi ağzığoycəklərin əsl atası hansı köpəkoğludur.
Kimin bank hesabında milyonlarla dollar yatır,
Kim öz bic övladına sevgilisinin adını qoymaqdan utanmayıb bu qoca Sərq coğrafiyasında.
Həmid Herisçi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru