Hacı Sultanəli Haşimov - Bakı milyonçusu və xeyriyyəçi...
Bu gün, 17:14
Deyilənə görə Hacı Zeynalabdin Tağıyev vaxtı ilə bu kişinin yanında bənna kimi çalışıb. Hacı Sultanəli Haşımov 1851-ci ildə Bakının Balaxanı kəndində dünyaya gəlib. Bakıda Nizami metrostansiyasının yaxınlığında yerləşən Hacı Sultanəli məscidi 1904–1910-cu illərdə dövrünün xeyriyyəçi və zəngin adamlarından olan Hacı Sultanəlinin vəsaiti hesabına tikilib. O, 1921-ci ildə ürək infarktı nəticəsində vəfat edib. Hacı Sultanəli Ləhş bağlarında tikdirdiyi məscidin yaxınlığında dəfn edilib.