Almaniya “tarixi qərar”ı açıqladı: 460 minlik döyüşə hazır ordu hədəfi

Bu gün, 10:44           
Almaniya “tarixi qərar”ı açıqladı:
Müdafiə naziri və generalların iştirakı ilə keçirilən mətbuat konfransında yeni müdafiə yol xəritəsi təqdim edilib

Almaniya Orta Şərqdə davam edən müharibə gərginliyi fonunda yeni hərbi strategiyasını açıqlayıb. Ölkə 2039-cu ilə qədər 460 min nəfərlik, döyüşə hazır Avropanın ən güclü ordularından birini yaratmağı hədəfləyir.

Sherg.az xəbər verir ki, Almaniya Müdafiə naziri Boris Pistorius, Baş Qərargah rəisi general Karsten Breuer və nazirlik rəsmilərinin iştirakı ilə keçirilən mətbuat konfransında yeni müdafiə yol xəritəsi təqdim edilib.

Pistorius çıxışında bildirib:

“Dünya daha gözlənilməz və daha təhlükəli hala gəlib.”

Yeni strategiyanın əsas məqsədi çəkindirmə üzərində qurulub və üç əsas istiqaməti əhatə edir:

hərbi heyətin artırılması

NATO daxilində daha çox məsuliyyət

hava müdafiəsi və texnoloji modernləşmə

460 minlik ordu hədəfi

Yeni plana görə Almaniya ordusu 2029, 2035 və 2039 mərhələlərində genişləndiriləcək. Məqsəd:

aktiv hərbçilər

ehtiyat qüvvələr

mülki personal

daxil olmaqla ümumilikdə ən az 460 min döyüşə hazır şəxsi heyət yaratmaqdır.

Yeni müdafiə sənədinə görə Almaniya Rusiyanı əsas təhlükə kimi qiymətləndirir. Sənəddə iddia olunur ki, Rusiya yenidən silahlanır, NATO ilə qarşıdurmaya hazırlaşır, hibrid müharibə metodlarından istifadə edir (kiberhücumlar, dezinformasiya və s.).

Sənəddə həmçinin Rusiyanın NATO-nun birliyini zəiflətməyə çalışdığı iddia edilir.

Strategiyada ABŞ-nin NATO üçün “əvəzolunmaz müttəfiq” olduğu qeyd edilir, lakin Vaşinqtonun Avropa ölkələrindən daha çox müdafiə məsuliyyəti gözlədiyi də vurğulanır.

Bu səbəbdən Almaniya Avropa–Atlantik təhlükəsizlik sistemində daha aktiv rol almağa hazırlaşır.

Yeni plan çərçivəsində Almaniya hava hücumundan müdafiə sistemlərini gücləndirməyi, dron və süni intellekt texnologiyalarına investisiya etməyi, hərbi bürokratiyanı azaltmağı hədəfləyir.

Pistorius çıxışını belə tamamlayıb:

“Sülh və azadlıq artıq öz-özünə mövcud deyil, onları müdafiə etmək lazımdır.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru