Cədvəllərdə xarici borcların ümumi həcminin (Dövlət və özəl) ümumi daxili məhsulda payı əks olunmuşdur.

Bu gün, 11:34           
Cədvəllərdə xarici borcların ümumi həcminin (Dövlət və özəl) ümumi daxili məhsulda payı əks olunmuşdur.
Ən inkişaf etmiş ölkələrdə bu göstərici çox yüksəkdir. Geridə qalmış ölkələrdə xarici borclar olduqca aşağıdır, bu da adətən hökümətlərin iqtisadiyyatına pul cəlb etmə qabiliyyəti ilə əlaqədardır. Belə ölkələrin hətta böyük miqdarda öz xüsusi vəsaitinin çox bol olmasına baxmayaraq sürətli inkişafı mümkün deyil. Ölkəmiz də borc alətlərindən dolğun istifadə edə bilməyən ölkələr sırasındadır. Belə amillərin nəticəsidir ki, ölkədə yüksək artım ciddi problemə çevrilmişdir. Dünya ölkələri arasında daha çox səmərəli borc alətlərindən qaçan ölkələr əsasən kommunist və müsəlman ölkələridir. Azərbaycanda bu amilin üstünə daha ciddi bir faktor gəlir: zəngin daxili resurslar da daxili dövriyyədən çıxarılır ki (strateji valyuta ehtiyyatlarının demək olar ki hamısı daxili dövriyyədən çıxarılır) bu da faizlərin yüksəlməsinə, iqtisadi aktivliyin getdikcə düşməsinə, ölkədə dözülməz pul və investisiya qıtlığının yaranmasına gətirib çıxarır. Müasir süni intellektlə idarə olunan malyyə alətləri imkan verir ki, xaricdə saxlanılan valyuta ehtiyyatları qədər xaricdən ölkənin daxili dövriyyəsinə pul vəsaiti cəlb etmək mümkün olsun. Belə bir tədbir ölkədə faizlərin 2-3%-ə endirilməsinə səbəb olardı.
Saleh Məmmədov, professor
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru